Gəncədə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Gəncədə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var - FOTO  - VİDEO
# 09 iyun 2022 18:57 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin şərq çıxışında qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində sürücü 2001-ci il təvəllüdlü Abdullazadə Nəsib Müşfiq oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR