Gəncədə avtomobil aşıb, xəsarət alanlar var

Gəncədə avtomobil aşıb, xəsarət alanlar var
# 20 iyun 2022 19:46 (UTC +04:00)

Gəncədə xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev parkının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan iki qadın xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR