Gəncədə avtomobil hasara, sonra evə çırpılıb - FOTO

Gəncədə avtomobil hasara, sonra evə çırpılıb - FOTO
# 14 noyabr 2022 16:01 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes " markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara, daha sonra evə çırpılıb. Qəzada sürücü yüngül xəsarət alıb, avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR