Gəncədə piyadanı vuraraq öldürən şəxs saxlanılıb - YENİLƏNİB-1

Gəncədə piyadanı vuraraq öldürən şəxs saxlanılıb - YENİLƏNİB-1
# 06 fevral 2023 09:54 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 5-də "VAZ 21011" markalı avtomobil ilə şəhər ərazisində piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan, şəhər sakini, 1994-cü il təvəllüdlü Aqil Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

***

00:45

Gəncədə yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, həlak olan 1970-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğludur.

***

00.26

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan naməlum avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR