Gəncədə avtomobil yanıb - FOTO - YENİLƏNİB

Gəncədə avtomobil yanıb - FOTO  - YENİLƏNİB
# 08 fevral 2023 11:38 (UTC +04:00)

Gəncə şəhərində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Volkswagen" markalı minik avtomobilinin ön hissəsi qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

07.47

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Aydınbəyov küçəsində qeydə alınıb.

Yaşayış binasının qarşısında park edilmiş minik avtomobilində andidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yaxınlıqdakı evlər və avtomobillər yanğından mühafizə edilib. Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR