Gəncədə avtomobilin vurduğu piyada dünyasını dəyişib

Gəncədə avtomobilin vurduğu piyada dünyasını dəyişib
# 21 sentyabr 2019 20:09 (UTC +04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü S.Hüseynovanı naməlum avtomobil vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü isə avtomobili ilə hadisə yerindən qaçıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Sürücünün şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR