Gəncədə avtomobillə motosiklet toqquşub

Gəncədə avtomobillə motosiklet toqquşub
# 14 noyabr 2022 15:50 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili ilə motosiklet toqquşub. Qəza zamanı xəsarət alan motosikletin sürücüsü 1998-ci il təvəllüdlü Hüseyn Abbasov xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR