Gəncədə avtoqəza olub, xəsarət alanlar var

Gəncədə avtoqəza olub, xəsarət alanlar var
# 18 avqust 2019 21:12 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "Moskviç" markalı minik avtomobili toqquşub. Qəza zamanı hər iki avtomobildə xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisəyə səbəb kimi minik avtomobillərindən birinin qırmızı ışıqda yol ayrıcına daxil olması göstərilir.

Faktla bağlı Gəncə ŞBPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR