Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO

Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
# 10 yanvar 2022 10:37 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini Müşfiq Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu, avtoxuliqanlıq etdiyi və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olduğu məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Müşfiq Qasımov sürücülük hüququndan 1 il müddətinə məhrum olunmaqla 15 sutka inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR