Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb
# 25 aprel 2022 12:01 (UTC +04:00)

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində 20-DD-212 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb. Avtomobilə baxış zamanı qanunla istifadəsi qadağan olan çoxavazlı səs siqnalı və yan şüşələrin qanuna zidd olaraq xüsusi vasitələrlə tündləşdirilməsi də aşkar edilib. Sürücü Şəmil Kəsəmənli barəsində tərtib edilən protokollar baxılması üçün məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR