Şəmkirdə bibisini qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb

Şəmkirdə bibisini qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb
  • Clock-gray 11:19
  • calendar-gray 09 Noyabr 2019

Gəncə Ağır Cinayətlər Məhkəməsində bibisini qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Ayxan Zamanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Şəmkir rayonunun Səttarxan küçəsi 21 ünvanında qeydə alınıb. Belə ki, Ayxan Zamanov yaşadıqları evin həyətindəki hamamda bibisi, bir uşaq anası olan Aynurə Zamanovaya mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirib, daha sonra isə onun boğazını kəsib. Qadının meyiti hadisədən bir müddət sonra hamamda aşkar edilib. Aparılan ilkin əməliyyat-istintaq tədbirləri nəticəsində Ayxan Zamanov saxlanılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date