Gəncədə bıçaqlanan şəxs ölüb - YENİLƏNİB-1 - VİDEO

Gəncədə bıçaqlanan şəxs ölüb - YENİLƏNİB-1  - VİDEO
# 06 oktyabr 2022 10:00 (UTC +04:00)

Gəncədə tanışı tərəfindən bıçaqlanan şəxs ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, 1979-cu il təvəllüdlü Anar Hüseynov xəstəxanada keçinib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini 1977-ci il təvəllüdlü Anar Hüseynovun boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi və orada vəfat etməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, 1993-cü Ramil Hüseynovun şəxsi münasibətlər zəminində qonşusu A. Hüseynova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmasına əsaslı şübhələr yaranıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R. Musayev istintaqa təhvil verilib.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

09:41

Gəncədə tanışını bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəhər sakini, 1993-cü il təvəllüdlü Ramil Musayev saxlanılıb.

***

05 oktyabr, 23:41

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Anar Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Hüseynov qonşusu tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR