Gəncədə ev yanıb - FOTO

Gəncədə ev yanıb - FOTO
# 11 yanvar 2023 17:25 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şahmar Hüseynova məxsus 5 otaqlı 200 kvadratmetr sahəsi olan evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın yanğınsöndürən bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyi də yanğın barədə məlumat yayıb. Məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 160 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR