Gəncədə evdə partlayış olub, xəsarət alan var

Gəncədə evdə partlayış olub, xəsarət alan var
# 05 noyabr 2022 09:58 (UTC +04:00)

Gəncədə evdə partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1971-ci il təvəllüdlü M.Ələkbərova yaşadığı evdə qaz sobasını yandıran zaman partlayışı baş verib.

Qadın bədəninin müxtəlif yerlərinin 1 və 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR