Gəncədə evdə partlayış olub, xəsarət alan var - VİDEO

Gəncədə evdə partlayış olub, xəsarət alan var - VİDEO
# 14 yanvar 2023 09:24 (UTC +04:00)

Gəncədə evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, ev sahibəsi səhər saat 5 radələrində hamam otağının işığını yandıran zaman qaz sobasında sızma olduğu üçün, ani alovlanmadan partlayış olub.

Baş vermiş partlayış nəticəsində həmin şəxs bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR