Gəncədə evdən 93 yaşlı qadının meyiti tapılıb

Gəncədə evdən 93 yaşlı qadının meyiti tapılıb
# 05 noyabr 2022 16:29 (UTC +04:00)

Gəncədə mənzildən yaşlı qadın meyiti tapılıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, meyit şəhərin “Qəsəbə” adlanan ərazisində yerləşən mənzildə aşkar edilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya verdiyi xəbərə görə, meyiti tapılan qadın 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR