Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
# 14 noyabr 2019 17:38 (UTC +04:00)

Gəncədə baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1991-ci il təvəllüdlü Sənan Qurbanov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

***

Saat 16:37

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. "Mazda" markalı avtomobil "Ford" markalı maşınla toqquşub. Zərbənin təsirindən "Mazda" aşıb. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR