Gəncədə kişi həyat yoldaşını bıçaqla gözündən vurub, sonra intihar edib - YENİLƏNİB

Gəncədə kişi həyat yoldaşını bıçaqla gözündən vurub, sonra intihar edib - YENİLƏNİB
# 11 noyabr 2022 09:07 (UTC +04:00)

Noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

08:00

Gəncədə qadın həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Səttar Cəlilov həyat yoldaşı, 1982-ci il təvəllüdlü Hüsniyə Quliyevanın bədəninə və gözlərinə bıçaq xəsarətləri yetirib. Hüsniyə Quliyeva xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Xəstəxanadan bildirilib ki, qadının gözünün biri bu gün amputasiya ediləcək.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisədən sonra Səttar Cəlilov isə özünə bıçaqla xəsarət yetirərək intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR