Gəncədə küçədən mərmi tapılıb - FOTO

Gəncədə küçədən mərmi tapılıb - FOTO
# 10 oktyabr 2019 02:30 (UTC +04:00)

Gəncə şəhərinin Nizami rayonu, N.Nərimanov küçəsində mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 152 mm-lik top mərmisi (F-534) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR