Gəncədə mağazadan oğurluq edən şəxs döyülərək şantaj olunub - VİDEO

Gəncədə mağazadan oğurluq edən şəxs döyülərək şantaj olunub - VİDEO
# 07 iyul 2022 10:30 (UTC +04:00)

“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə bir nəfər şəxsin mağazadan oğurluq etdiyinə görə mağaza sahibi tərəfindən döyülməsi, pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb. Gəncə şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb”.

Bunu APA-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib. Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini, Əli Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib. Həmin şəxslər zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq göstərməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakının tələf etmə hədəsi ilə 100 manat pul tələb etməsinə görə saxlanılıb. Onlar barəsində CM-nin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Onu da qeyd edim ki, Əli Qasımov cari ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR