Gəncədə meyit tapılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, meyit Gülüstan qəsəbəsindəki 12 saylı orta məktəbin həyətində aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.