Gəncədə mikroavtobus piyadanı vurub - FOTO

Gəncədə mikroavtobus piyadanı vurub - FOTO
# 13 noyabr 2019 19:24 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 3 saylı marşrut xətti ilə işləyən “Qazel” markalı mikroavtobus yolu keçmək istəyən, 1987-ci il təvəllüdlü Hamlet Ələkbərovu vurub. Yaralı dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR