Gəncədə minik maşını aşıb, xəsarət alanlar var

Gəncədə minik maşını aşıb, xəsarət alanlar var
# 01 dekabr 2022 07:55 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq bir neçə metr kənara aşıb.

Qəza zamanı 2002-ci il təvəllüdlü Elmir Məhərrəmov və 1984-cü il təvəllüdlü Asif Xəlilov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR