Gəncədə minik maşını çörək sexinə çırpılıb - FOTO

Gəncədə minik maşını çörək sexinə çırpılıb - FOTO
# 08 dekabr 2022 19:49 (UTC +04:00)

Gəncədə yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR