Gəncədə minik maşını işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Gəncədə minik maşını işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
# 04 oktyabr 2022 07:51 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəzada 1957-ci il təvəllüdlü Əli Osmanov və 1959-cu il təvəllüdlü Gülbar Muxidinova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR