Gəncədə minik maşını “KamAZ”a çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO

Gəncədə minik maşını “KamAZ”a çırpılıb, xəsarət alanlar var  - FOTO  - VİDEO
# 27 aprel 2022 23:29 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nizami Məqbərəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını “KamAZ” markalı yük maşınına arxadan çırpılıb.

Qəza zaman minik maşının sürücüsü və onun sərnişinləri - Bərdə rayon sakinləri 1998-ci il təvəllüdlü Kənan Salahov,1980-ci il təvəllüdlü Abdullayev Polad xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR