Gəncədə piyadanı avtomobil vurub - YENİLƏNİB - VİDEO

Gəncədə piyadanı avtomobil vurub - YENİLƏNİB  - VİDEO
# 04 yanvar 2022 13:30 (UTC +04:00)

Gəncədə ötən gün avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs “Opel" markalı minik maşınının vurduğu piyada, Samux rayon sakini 1976-cı il təvəllüdlü Vüsal Hacıyevdir.
***

01.03.2022

17:10

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını yolu keçmək istəyən Samux rayon sakini 1976-cı il təvəllüdlü Vüsal Hacıyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR