Gəncədə avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb

Gəncədə avtomobillə piyadanı vurub  qaçan sürücü saxlanılıb
# 28 noyabr 2022 10:00 (UTC +04:00)

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, noyabrın 26-də Gəncə şəhərinin İ. Cəfərli küçəsində müəyyən edilməmiş avtomobilin yolu keçən şəhər sakini N. Hüseynovanı vurması və xəstəxanaya yerləşdirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ 2107” markalı avtomobil ilə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən, qeyd edilən avtomobilin sürücüsü - şəhər sakini Sənan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR