Gəncədə yeniyetmə qız 10-cu mərtəbədən yıxılaraq ölüb - FOTO

Gəncədə yeniyetmə qız 10-cu mərtəbədən yıxılaraq ölüb - FOTO
# 18 noyabr 2022 16:41 (UTC +04:00)

Gəncədə yeniyetmə binadan yıxılaraq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb. 2007-ci il təvəllüdlü Şəbnəm Məmmədovanın binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR