Gəncədə qadını evinin qarşısında maşın vurub

Gəncədə qadını evinin qarşısında maşın vurub
# 09 noyabr 2019 22:37 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Rəfibəyli küçəsində qeydə alınıb.

Şəhər sakini 64 yaşlı Əliyeva Rəna Tofiq qızı yaşadığı evin qarşısında yolu keçmək istəyən zaman maşın vurub.

Yaşlı qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR