Gəncədə qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb - VİDEO
# 28 iyun 2022 13:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN)Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində vətəndaş Kərimov Kamil Elbrus oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan avtoservis məntəqəsinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR