Gəncədə baş verən yanğının bəzi təfərrüatları bəlli olub.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə beşmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib.
Partlayışdan sonra əmələ gələn yanğın zamanı mənzildə olan 38 yaşlı kişinin meyiti aşkar edilib.
***
Saat 06:58
***
Gəncədə yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda yerləşən binaların birində qeydə alnıb.
Binanı 5-ci mərtəbəsindəki mənzildə anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziya oğlunun öldüyü bildirilir.