Gəncədə qəzaya düşən polis mayoru vəfat edib - VİDEO

Gəncədə qəzaya düşən polis mayoru vəfat edib - VİDEO
# 15 iyul 2022 08:54 (UTC +04:00)

Ötən ay Göygöldə xidməti avtomobili ilə qəzaya düşən polis mayoru xəstəxanada ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, Gəncə Şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Qubat Qasımov bir müddət əvvəl yol qəzasına düşüb.

O, bu gecə müalicə aldığı xəstəxanada həkimlərin səyinə baxmayaraq, vəfat edib.

Faktı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.

DİN rəsmisi bildirib ki, polis mayoru bu gün dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR