Gəncədə şadlıq sarayında yanğın olub - FOTO

Gəncədə şadlıq sarayında yanğın olub  - FOTO
# 07 iyul 2022 18:58 (UTC +04:00)

Gəncədə fəaliyyət göstərən şadlıq saraylarından birində yanğın baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, yanğın şadlıq sarayının mətbəxində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb, xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR