Gəncədə səviyyyəsi artan süni göldən suyun boşaldılmasına başlanıb - VİDEO

Gəncədə səviyyyəsi artan süni göldən suyun boşaldılmasına başlanıb - VİDEO
# 28 may 2023 18:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

© APA | Gəncədə süni göldə su boşaldılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR