Gəncədə yanğın baş verən 4 saylı Psixinevroloji Sosial Xidmət Müəssisəsində 100 sakin var.
Bunu APA-ya açıqlamasında müəssisənin direktor müavini Əlizamin İsgəndərov bildirib.
Onun sözlərinə görə, yanğın 3-cü mərtəbədə baş verib:
“Ümumilikdə müəssisəmizdə 100 sakin var. Yanğın baş verən mərtəbədə 73 sakinimiz olub. Xəsarət alan yoxdur, onları təxliyə etmişik. Hər şey öz qaydasındadır”.
***
19:01
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən 4 saylı Psixinevroloji Sosial Xidmət Müəssisəsinin 1 otağında anidən yanğın olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1 otağın 25 kv.m-i metri yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu
Səlcuq Elçin