Gəncədə sükan arxasında infarkt keçirən sürücü qəza törədib

Gəncədə sükan arxasında infarkt keçirən sürücü qəza törədib
# 16 avqust 2019 19:15 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 195-ci il təvəllüdlü Əliyev Surxay Qəzənfər oğlu “QAZ-3110” markalı avtomobili idarə edərkən qəfildən ürəyi tutub. Nəticədə sürücü avtomobili yol kənarındakı hasara çırpıb.

Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR