Gəncədə sürücü sükan arxasında ölüb

Gəncədə sürücü sükan arxasında ölüb
# 09 iyun 2023 10:42 (UTC +04:00)

Gəncədə infarkt keçirən sürücü qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, 62 yaşlı İ. Usubov Nizami Gəncəvi prospekti ilə idarə etdiyi minik maşını ilə hərəkətdə olan zaman ürəyi tutub.

Nəticədə sürücü idarəetməni itirib, maşın işıqfora çırpılıb.

Araşdırma zamanı məlum olub ki, sürücü dünyasını dəyişib.

Onun infarkt keçirdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR