Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yaranıb, vətəndaşlar təxliyə olunub - FOTO - YENİLƏNİB

Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yaranıb, vətəndaşlar təxliyə olunub - FOTO  - YENİLƏNİB
# 21 sentyabr 2023 11:35 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.

***

10.59

Gəncədə yerləşən "Mərkəzi Univermaq" ticarət mərkəzinin bir hissəsində çökmə təhlükəsi yaranıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Binaya baxış keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR