Gəncədə torpağa basdırılan silah-sursat aşkarlanıb

Gəncədə torpağa basdırılan silah-sursat aşkarlanıb
# 10 iyun 2023 16:07 (UTC +04:00)

Gəncədə silah-sursat aşkar edilib.

APA DİN-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyevin şəhər ərazisində torpağa basdırdığı 2 ədəd nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 2 ədəd avtomat patronu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR