Gəncədə velosipedçini maşın vurub

Gəncədə velosipedçini maşın vurub
# 25 iyun 2019 19:47 (UTC +04:00)

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 1-ci km-də qeydə alınıb. Belə ki, Naxçıvan şəhər sakini, 30 yaşlı Ümid Abbasəliyevi velosepedlə dönərkən "Opel" markalı minik maşını vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR