Gəncədə xeyir-şər evində qaz sobasında partlayış olub, xəsarət alan var - YENİLƏNİB - FOTO

Gəncədə xeyir-şər evində  qaz sobasında partlayış olub, xəsarət alan var - YENİLƏNİB  - FOTO
# 04 dekabr 2022 14:58 (UTC +04:00)

Gəncədə qaz partlayışı mənzildə deyil, bina sakinlərinin ümumi istifadəsində olan xeyir-şər evində baş verib.

Bunu APA-ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Qeyd edilib ki, yas mərasimi zamanı aşpaz xanım qaz sobasını yandıran zaman qazı çox açıb və yandırmağa ləngidiyindən ani alovlanma baş verib. Nəticədə G. Ələkbərova əl və üz nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri alıb.

Hazırda xəstəxanada olan G. Ələkbərovanın vəziyyəti normaldır.

***

saat 12.11

Gəncədə evdə qaz balonu partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR