Gəncədə qəzada ölənin şəxsiyyəti müəyyən edilib - FOTO - YENİLƏNİB-2

Gəncədə qəzada ölənin şəxsiyyəti müəyyən edilib - FOTO  - YENİLƏNİB-2
# 27 may 2023 00:39 (UTC +04:00)

Gəncədə yol qəzasında ölənin şəxsiyyəti müəyyən edilib.

APA xəbər verir ki, ölən şəxs “Khazar” avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Abdulayev Yaşar Kəramət oğludur.

***

00.08

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və “Khazar” markalı 2 minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

22.26

Xəbərə foto əlavə olunub.

***

22.00

Gəncədə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 1 kmdə qeydə alınıb. Hərəkətdə olan "Prado " ilə "Khazar" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR