Gəncədə yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 bina sakini təxliyə olunub

Gəncədə yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 bina sakini təxliyə olunub
# 31 avqust 2022 18:51 (UTC +04:00)

Gəncədə dördmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 nəfər bina sakini təxliyə olunub.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, yanğın barədə çağırış olduqdan altı dəqiqə sonra yanğınsöndürmə qüvvələri hadisə yerinə çatıblar: "Bu gün 16:48 radələrində Həsrət Əliyev küçəsi, bina 4 ünvanında yanğın olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürmə avtomobilləri çıxdı, 16:54-də yanğın yerində oldular. Ünvana çatan kimi dördmərtəbəli binanın bütün artırmalarının alov içərisində olduğunu müşahidə etdik. Hadisə yerinə 9 ədəd yanğınsöndürmə avtomobili, xüsusi riskli xilasetmə qrupları cəlb olundu. Bina sakinlərindən 20 nəfər təxliyə olunaraq yanğınsöndürmə işləri başladı. Hadisə nəticəsində üç nəfər yüngül dərəcəli xəsarət alıb".

Fuad Hüseynov, yanğının saat 18:00 radələrində tam söndürüldüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR