Gəncədə yaşayan Qusar sakininin ölüm səbəbi məlum olub

Gəncədə yaşayan Qusar sakininin ölüm səbəbi məlum olub
# 09 yanvar 2023 09:26 (UTC +04:00)

Ötən gün Gəncədə kirayədə qalan yeniyetmənin naməlum xəstəlikdən öləməsinin səbəbi məlum olub.

APA-nın yerli bürosunun məlumatlna görə, meyitin müayinəsı zamanı məlum olub ki, Qusar rayon sakini - 2009-cu il təvəllüdlü Elnur qızılca xəstəliyini ağır keçirdiyi üçün ölüb.

Qeyd edək ki, ötən gün Gəncədə 14 yaşlı yeniytmə naməlum şəraitdə vəfat edib. Qusar rayon sakini - 2009-cu il təvəllüdlü Elnur Ulubəyovun şəhərdə kirayə qaldığı evdə halı pisləşib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, ancaq xəstəxanada müayinə zamanı artıq həyatını itirdiyi məlum olub. Yaxınların Elnur Ulubəyovun qızdırması olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR