Gəncədə yaşayış binasında yanğın olub - YENİLƏNİB - FOTO

Gəncədə yaşayış binasında yanğın olub - YENİLƏNİB - FOTO
  • Clock-gray 19:41
  • calendar-gray 13 Oktyabr 2019

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb və 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 13.55

Gəncədə yaşayış binasında yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Beşmərtəbəli binanın 5-ci mərtəbəsində Orxan Rzayeva məxsus 1 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Gəncə şəhər Yanğından mühafizə hissəsinin 3 maşını  və 20 canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evlə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date