Gəncədə yem mağazasındakı yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Gəncədə yem mağazasındakı yanğın söndürülüb - FOTO  - YENİLƏNİB
# 24 mart 2023 23:24 (UTC +04:00)

Gəncədə yem mağazasındakı yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirlıyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli tikilinin (yem və kənd təsərrüfatı məhsullarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 36 m² sahədə və içərisinə yığılan 1,5 ton məhsul yanıb.

"Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

***

Saat 22:54

Gəncədə yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə olan yem məhsuları mağazasında anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR