Gəncədə yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO - VİDEO

Gəncədə yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO  - VİDEO
# 30 noyabr 2021 19:44 (UTC +04:00)

Gəncə şəhərində yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı minik maşını “VAZ” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR