Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölünüb - FOTO - VİDEO

Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölünüb - FOTO - VİDEO
  • Clock-gray 01:02
  • calendar-gray 22 Noyabr 2019

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik maşını “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı “Mercedes” iki hissəyə bölünüb. 

Hadisə zamanı “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, qəzaya səbəb avtomobillərdən biri ötmə əməliyyatını düzgün yerinə yetirməyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date