Gəncədə yük və minik avtomobilləri  toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Gəncədə yük və minik avtomobilləri  toqquşub, xəsarət alanlar var  - FOTO  - VİDEO
# 10 may 2022 22:41 (UTC +04:00)

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşınında olanlar - 2000-ci il təvəllüdlü Arif Səmədov, 2002-ci il təvəllüdlü Asif Səmədzadə və onun qardaşı, 2004-cü il təvəllüdlü Vasif xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR